Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Sosial / İşsiz əlillərin sayı məlum olub

İşsiz əlillərin sayı məlum olub

2021-ci ildə 12253 (on iki min iki yüz əlli üç) nəfər -62,3% kişi və 7414 (yeddi min dörd yüz on dörd) nəfər -37,7% qadın olmaqla ümumi 19667 (on doqquz min altı yüz altmış yeddi) nəfər sağlamlıq imkanları məhdud olan şəxslər müəyyən edilib.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2021-ci il ərzində 4246 (dörd min iki yüz qırx altı) nəfəri 38,59% qadın və 6757 (altı min yeddi yüz əlli yeddi) nəfəri -61,41% kişi olmaqla 11003 (on bir min üç) nəfər sağlamlıq imkanları məhdud olan şəxs işsiz kimi qeydiyyata alınıb. Hesabat dövrü ərzində sağlamlıq imkanları məhdud 2850 (iki min səkkiz yüz əlli) nəfər şəxs işlə təmin olunub. Onlardan 446 (dörd yüz qırx altı) nəfəri – 15,65% qadın, 2404 (iki min dörd yüz dörd) nəfəri – 84,35% isə kişidir. APA

Həmçinin oxuyun

“Yanvar ayı bitdi, pensiyalar niyə indeksləşdirilib artırılmadı?” – DEPUTAT

Yanvar ayı bitdi, pensiyalar niyə indeksləşdirilib artırılmadı? Pensiyalar nə zaman artırılacaq? Son 2 gündə sosial …