Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “İsrail-Fələstin arasında sülhün əldə edilməsi üçün hər şeyi edəcəm” – Donald Tramp

“İsrail-Fələstin arasında sülhün əldə edilməsi üçün hər şeyi edəcəm” – Donald Tramp

ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin arasında sülh əldə edilməsi üçün hər şeyi edəcəyinə söz verib.

Musavat.com xəbər verir ki, o, bu sözlərini Fələstin lideri Mahmud Abbasla görüşdükdən sonra deyib.

Tramp görüşdən razı qaldığını və Fələstin liderinin “terrorizmlə mübarizə”də önəmli addımlar atacağını söyləyib. O, görüşün keçirildiyi Betlehemə ümidlə gəldiyini vurğulayıb. “İsrail və fələstinlilər arasında sülhün əldə edilməsinə çalışıram və bunun üçün hər şey etməyə niyyətliyəm” – Tramp bəyan edib.

ABŞ prezidenti Fələstin rəhbərliyinin xoş niyyətlə hədəfə çatmaq üçün çalışacağına hazır olduğunu bildirib. Eyni zamanda İsrailin baş naziri Netanyahunun da eyni sözü verdiyini açıqlayıb.

Tramp Mahmud Abbasın ər-Riyadda keçirilən terrorizmlə mübarizə ilə əlaqədar sammitdə iştirakından da çox məmnun qaldığını ifadə edib.

Digər tərəfdən Mahmud Abbas da görüşdən razı qaldığını və israillilərlə sülhün əldə edilməsi uğrunda birlikdə hərəkət etməyə hazır olduqlarını nəzərə çatdırıb.

Görüşün ardından ABŞ prezidenti Qüdsə geri dönərək “Yad Vaşem qətliamı” abidəsini ziyarət etdikdən sonra İsrail müzeyində çıxış edib.

Trampın bununla da Orta Şərq səfəri yekunlaşır və Avropa səfəri başlayır. O, Vatikan, Brüssel və Siciliyaya səfər edəcək.

Həmçinin oxuyun

Azərbaycanda bank borcunu ödəyə bilməyən qazini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bank …

Bir cavab yazın