Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Sosial / İsmayıllıda sel 3 kəndlə əlaqəni kəsdi – VİDEO – FOTO

İsmayıllıda sel 3 kəndlə əlaqəni kəsdi – VİDEO – FOTO

İsmayıllıyada sel suları 7 kəndə ziyan vurub.

ARB Şəki xəbər verir ki, dağlıq ərazidə yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnədaxar və Zeyvə kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib.

Gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib.

Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki dağ çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb, nəticədə Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Sakin: “Dünən yağış yağandan çaydan gediş-gəliş dayanıb”.

Sakin: “Bostan qalmadı, meyvə qalmadı, hamısını dağıtdı tökdü. Maşın keçməyə yol yoxdu”.

İsmayıllı Lahıc yolu da dünən gecə güclü dolu ilə müaşhidə edilən yağış səbəbindən qaya parçalarının yola düşməsi nəticəsində bağlanıb. Təbii fəlakət zamanı dəyən ziyan hesablanır.

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …