Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / İsmayıllıda DƏHŞƏT: Körpü uçdu, şəhərlə əlaqə kəsildi – VİDEO

İsmayıllıda DƏHŞƏT: Körpü uçdu, şəhərlə əlaqə kəsildi – VİDEO

İsmayıllıda uçan körpü Qalacıq kəndini şəhərdən təcrid edib.

ARB TV xəbər verir ki, rayonun Qalacıq kəndində yağan yağışlar nəticəsində avtomobil körpüsünün uçması kəndin rayonla əlaqəsini kəsib.

Qaraməryəm-İsmayıllı yolunun 46-cı kilometrliyindən ayrılan Sumahallı-Qalacıq kəndinin giriş avtomobil yolunun 7-ci kilometrliyində Qalacıq çayı üzərində olan körpü uçub.

1970-ci illərdə fiziki şəxslər tərəfindən tikilən körpünün özəl dayaqları son günlərdə yağan güclü yağışlar və sel səbəbindən yuyulub. Nəticədə körpü qəzalı vəziyyətə düşüb.

Etibar Əliyev – Bakı sakini: “Bakı şəhərindən bura istirahətə gəlmişdim. Burada sel olduğuna görə körpü dağılıb. İndi evə qayıda bilmirik, maşın qalıb evin bu tərəfində”.

Bəxtiyar Rəhimov – Kənd sakini: “2000-ə yaxın əhali yaşayır burda. Təxminən də o qədər qonaq gəlir. Gələnlərin də, bizim də gediş-gəlişimiz burada problemə çevrilir. İsmayıllıya piyada keçirik. Nə gətiririksə əlimizdə keçiririk”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən tapşırığa əsasən əraziyə ağır texnikalar və canlı qüvə cəlb olunub. Gediş-gəlişi təmin etmək üçün alternativ yol açılıb. Hadisə yerinə baxış keçirən mütəxəssislərin rəyindən sonra körpünün yenidən qurulması və ya bərpası ehtimal edilir.

 

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …