Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / İsmayıl Ağayev: “Azərbaycan Prezidenti bütün dünyaya ciddi mesaj vermişdir” 

İsmayıl Ağayev: “Azərbaycan Prezidenti bütün dünyaya ciddi mesaj vermişdir” 

Bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası prezident İlham Əliyevin siyasi iradəsinin bir daha göstəricisidir. Bu sözləri BDM sədri İsmayıl Ağayev mətbuata açıqlamasında bildirib. O, daha sonra qeyd edib ki, 3 dövlətin vətəndaşlıq statusundan və erməni diasporunun havadarlığı hesabına ölkəmiz əleyhinə açıq aşkar düşmənçilik mövqeyi tutmuş Lapşinin hərəkətləri beynəlxalq və Azərbaycan qanunlarının ciddi şəkildə pozuntusudur: ” Bu sadə cinayət hadisəsi deyil, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı həyata keçirilmiş ağır cinayət halıdır. Bu baxımdan Belarusiya hüquq mühafizə orqanlarının ekstradisiya qərarı tam qanunidir və Azərbaycan məhkəməsinin ona layiq olduğu cəzanı verəcəyinə inanıram. Azərbaycan Prezidenti ölkəmizin Qarabağ məsələsində bir daha prinsipiallığını ortaya qoymaqla həm işğalçı Ermənistana, həm də bütün dünyaya ciddi mesaj vermişdir”.

Könül Vaqifqızı

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın