Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Sosial / İşıqlar yenə söndü – Rəsmi açıqlama

İşıqlar yenə söndü – Rəsmi açıqlama

Ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən fasilə yaranıb. 

Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, elektrik enerjisi kəsildiyindən “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti dayanıb.

Hazırda Bakı metropoliteninin hər  iki stansiyası- “Avtovağzal” və “Memar Əcəmi” işləyir sərnişinləri qəbul edir.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı isə bildirib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən yanğın baş verib. Nəticədə elektrik enerjisi təminatında məhdudiyyətlər yaranıb.

Həmçinin oxuyun

Rahatlıq üçün açılan qapılar ölümə aparır – yanğına ondan əvvəl hazırlaşmaq gərəkdir

Bakıda hündürmərtəbəli binalarda yanğına hadisələri nadir deyil. Bu günlərdə Xətai rayonunda baş verən bir yanğında …