Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / İşıq və qazın qiyməti qalxdı – 15 faizdən YUXARI

İşıq və qazın qiyməti qalxdı – 15 faizdən YUXARI

Türkiyənin Enerji Bazarlarının Tənzimləmə Təşkilatı yeni elektrik enerjisi tariflərinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.
Unikal.org-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez – sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib.
“Resmi Gazete”də yer alan məlumatda deyilir ki, elektrik enerjisi tarifləri 14,6%-lə 16,2% arasında artırılıb.
Elektrik enerjisinin birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə isə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.
Türkiyədə təbii qaz qiymətlərində də artım olub. Belə ki, BOTAŞ-ın elan etdiyi yeni qiymətlərdə təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali (sənaye) üçün isə 14% artırılıb.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …