Ana səhifə / Sosial / İşçilərin adına 400 manat yazılsa da, 200 manat verilirdi… – GİLEY

İşçilərin adına 400 manat yazılsa da, 200 manat verilirdi… – GİLEY

“2018-ci ildə Ucar rayonunda yeni pambıq emalı zavodu istifadəyə verilib. Həmin vaxt pambıq emalı zavodunun istifadəyə verilməsinə rayonda ən çox sevinənlər sakinlər idi. Çünki bu zavodun istifadəyə verilməsi rayonda yüzlərlə iş yerinin açılmasına və rayon sakinlərinin işlə təmin olunmasına səbəb olacaqdı. Lakin rayon sakinlərinin sevinci uzun çəkmədi”. Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb. Daha sonra bildirilir: 

“Buna səbəb zavoda direktor Həsən Şahverdiyevin təyin olunması idi. Qeyd edək ki, Həsən Şahverdiyev Ucar rayonundan deyil, bu vəzifəyə başqa rayondan göndərilib. Pambıq emalı zavoduna direktor müavini isə Həsən Şahverdiyevlə yaxın dost olan Şahin adlı şəxs təyin olunur. Bunuda vurğulayaq ki, direktor müavinidə Ucar rayonundan deyil başqa bölgədəndir. Bundan sonra bu iki şəxs “bağda mənəm bağdadda kor xəlifə ” yanaşması ilə zavodu idarə edərək kolxoz bazarı açdılar. Adi fəhlə kimi işə götürülən şəxslərdən 1500-2000 manat rüşvət alınır, işçilərin adına 400 manat yazılsada 200 manat verilirdi .

Eyni zamanda zavodun direktoru Həsən Şahverdiyev və onun müavini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsini kobud sürətdə pozurlar. Belə ki, hər iki vəzifəli şəxslər işçiləri xususilədə fəhlələri 13-14 saat işləməyə məcbur edirlər. Əvəzində bu işçilərə əmək haqqı görülən işlərin faktiki həcminə görə yox, özlərinin təyin etdikləri standart məbləğlərə görə ödəyirlər. Bu qanunsuzluğa qarşı çıxan və öz hüquqlarını tələb edən fəhlələri etik normalara sığmayan sözlərlə təhqir edərək qanunsuz olaraq işdən azad edirlər. Bu isə əmək müqaviləsi bağladıqları işçilərin əmək hüquqlarının kobud şəkildə pozulmasıdır ki, buda heş cürə yol verilməzdir. İşçilərlə bağlanan əmək müqaviləsinin bir nüsxəsi onlara verilməli olduğu halda verilmir.

Bu iki şəxsin qanunsuzluğu o dərəcəyə çatıb ki, 2019-cu ilin yanvar ayında rəhbər vəzifədə çalışan vəzifəli işçilərin hamısına 13-cü maaş (mükafat) verilmiş, lakin gün ərzində13-14 saat işləyən zavallı fəhlələr bu mükafatdan məhrum olmuşlar. 

Zavodun direktoru Həsən Şahverdiyevin 70 yaşı var.Görəsən hansı peşəkarlığına görə bu vəzifəyə təyin olunub? Nazir İnam Kərimov özü cavan kadır olaraq nə üçün bu qeyri peşəkar qocayla işləyir? Həsən Şahverdiyevdə öz növbəsində nazir İnam Kərimovdan örnək götürərək ətrafına əksəriyyəti qoca olan qohum-əqrabasını işə götürüb. İşə götürdüyü qohum-əqrabaları ayrı-ayrı regonlardandır. O öz əyri işlərini asanlıqla həyata keçirmək üçün əsas müavinini, çiyid anbarının müdirini, baş mühasibi, baş əmtəəşunası, böyük mühasibi və digər vəzifələrə ayrı-ayrı regionlarda yaşayan qohum-əqrabasını təyin edibdir. Baxmayaraq ki Ucar pambıqçılıq rayonu olmaqla bu sahə üzrə yuksək təcrübəsi olan çoxlu sayda kadrlara malikdir. Həmin təcrübəli və ali təhsilli kadrların bir çoxu işləmək üçün zavodun direktoru Həsən Şahverdiyevə müraciət etsədə rədd cavabı almışlar.

Ucar pambıq emalı zavodunda direktor Həsən Şahverdiyevin etdiyi qanunsuzluqlar böyük bir narazılıq ordusu yaradıb. Həsən Şahverdiyev isə nəticə çıxarmaq əvəzinə deyir ki, siz şikayət etsənizdə nə qədər ki, Kənd Təsrrüfatı Nazirliyinin aparat rəhbəri Şöhrət Vəkilov və Pi Aqronun rəhbəri Azər müəllim vəzifədədilər mən bu zavodun direktoru olacam. Nazirliyin aparat rəhbəri Şöhrət Vəkilovla Pi.Aqronun rəhbəri Azər müəllim bu zavodu mənə “peşkəş” ediblər və onlar mənim arxa-dayaqlarımdır.

Məlumata görə zavodun çiyid anbarının müdiri və direktor müavini Şahin müəllim Pi.Aqronun rəhbəri Azər müəllimin xeyir duası ilə vəzifələrinə təyin olunublar”.

İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

İşçilərin adına 400 manat yazılsa da, 200 manat verilirdi...
İşçilərin adına 400 manat yazılsa da, 200 manat verilirdi...

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …