Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / İşçilər illik məzuniyyətə çıxa biləcəklərmi? (VİDEO)

İşçilər illik məzuniyyətə çıxa biləcəklərmi? (VİDEO)

“Rəhbər şəxslər işçilərinin qarşısında məzuniyyətə çıxmamaqla bağlı tələb qoya bilməz”.
Baku.Tv xəbər verir ki, bu sözləri hüquqşünas Emil Aslanov deyib.
O bildirib ki, baş verən pandemiya fövqaladə hal hesab olunur və karantin günlərində işçilərin evdə qalması Əmək Məcəlləsində nəzərdə tutulan məzuniyyət prosesinə təsir etməməlidir:
“Bildiyiniz kimi, Konstitusiyanın 35-ci maddəsində işçinin istirahət etmək hüququ qeyd olunub. Hər bir əmək müqaviləsi ilə işləyən şəxs ildə 21 təqvim günündən az olmayaraq məzuniyyətə buraxılmalıdır. Eyni zamanda, indiki hal fors-majordur və hazırda evdə qalan işçilərin öz arzusu ilə çıxdıqları məzuniyyət hesab oluna bilməz.
Təbii ki, belə bir sual ortaya çıxır: həmin şəxslər artıq məzuniyyətə buraxıldığından Əmək Məcəlləsində də qeyd olunan illik əmək məzuniyyətinə buraxılacaqlarmı? Hər bir işçi ilə işə götürülərkən əmək müqaviləsi bağlayırlar. Əmək müqaviləsində qeyd olunur ki, onlar əmək məzuniyyətinə çıxmalıdırlar”.
Hüquqşünas qeyd edir ki, vətəndaşlar belə halla qarşılaşacağı təqdirdə məhkəməyə müraciət etməlidirlər. 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …