Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / İşçilərə ödənilməyən 50 min manatdan çox əməkhaqqının ödənilməsi təmin edilib

İşçilərə ödənilməyən 50 min manatdan çox əməkhaqqının ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı bu il işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 62 min manata yaxın (2020-ci illə müqayisədə 46,8 faiz çox) məbləğində vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib.

Report xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, həmin məbləğin 81.6%-ni əmək haqları, 5.1%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənişlər təşkil edib.

Müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Həmçinin oxuyun

Qanunsuz evlər hansı halda sökülə bilər?

Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsə məxsus, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilən tikili …