Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İsa Qəmbər Ağır Cinayətlər İdarəsinə çağırılıb

İsa Qəmbər Ağır Cinayətlər İdarəsinə çağırılıb

Bildiyiniz kimi Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya iyunun 14-də Baş Prokurorluqdan çağırış vərəqələri gəlib.
Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində olmalıdırlar.

Musavat partiyası Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəylinin verdiyi məlumata görə, MSDM rəhbəri İsa Qəmbər Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binasına daxil olub.

Müsavat başqanı Arif Hacılı, Partiyanın divan üzvləri və başqan müavinləri Elman Fəttah, Alya Yaqublu, Razim Əmiraslanlı, Fərəc Kərimli, Səxavət Soltanlı, vəkil Nemət Kərimli, Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli, bir çox Müsavat fəalları və jurnalistlər istintaq idarəsinin qarşısına gözləyirlər. (bastainfo.com)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın