Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İsa Qəmbər 180 manat müavinətdən imtina edib? – AÇIQLAMA

İsa Qəmbər 180 manat müavinətdən imtina edib? – AÇIQLAMA

“İsa Qəmbərin 180 manat müavinətdən imtina etməsi ilə bağlı məndə məlumat yoxdur. Ən dəqiqini İsa bəy özü bilər. Lakin pensiya təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə veriləcək”.

Bu barədə Pravda.az-a açıqlamasında İ.Qəmbərin vəkili Nəmət Kərimli məlumat verib.

O qeyd edib ki, nazirliyin məhkəməyə verilməsinin səbəbi İsa Qəmbərin pensiya məbləğinin düzgün təyin olunmaması ilə bağlıdır: “180 manat vəsaitdən imtina ilə bağlı isə bir söz deyə bilərəm. Bu, İsa bəyin şəxsi seçimidir. İstəsə, imtina edə bilər”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …