Ana səhifə / Sosial / İş adamı Rəsul Orucov 6 milyonluq borc görə həbs edilə bilər

İş adamı Rəsul Orucov 6 milyonluq borc görə həbs edilə bilər

Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru Rəsul Orucova məxsus olan şirkətin milyonluq vergi borcunun ödənilməsi ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, “RAO Global Group” şirkəti tərəfindən təsis edilən “CPS Construction”nun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 6.549.204,84 manat vergi borcu var. 

Qanuni təmsilçisi Baxışov İqbal Əlövsət oğlu olan şirkətin dövlətə olan borcunun ödənilməsi ilə bağlı məhkəmə qərar verib. Şirkət isə məhkəmənin qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. 

Cavabdeh dövlət qurumu kimi İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 Saylı Ərazi Vergilər İdarəsi göstərilib. Hakim Azər Bayramovun sədrliyi ilə məhkəməyə baxış iclası 16.04.2024-cü il tarixində keçiriləcək. 

Qeyd edək ki, “CPS Construction” MMC 2015-ci ildə təsis edilib, 200-dən çox inşaat və xüsusi texnikaya malikdir. O, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik hissəsinin tikintisində iştirak edir. “CPS Construction” 2010-cu ildə “RAO Global GmbH” MMC tərəfindən təsis edilən “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin törəmə strukturudur. Qrup Rəsul Orucova məxsusdur.

Xatırladaq ki, Rəsul Orucov Dövlət Vergi Xidmətinin istintaqında vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunaraq və 3 fevral 2022-ci il tarixində Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Həmin vaxtdan indiyədək vergi borcu ödənilməyib. Bu səbəbdən Rəsul Orucov barəsində yenidən həbs qətimkan tədbiri seçilə bilər.

Həmçinin oxuyun

Bakıda bu yaşayış massivindəki binalar əyilib? – AÇIQLAMA

Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə …