Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast food şəbəkələrində yemək yeyirdik, səbəbi Rusiya və Ukraynadan gətirilən ətlərin halal olmadığını bilməyimizdir”.

Bunu “Novco Group of Companies”in təsisçisi, biznesmen Fərid Novruzi deyib:

“Bunu hardan bilirəm? Çünki “Burger King”in Azərbaycan üzrə seçilmiş ilk tərəfdaşı olduq, yalnız sonda şərtlər və ətin halal olması məsələsində anlaşa bilmədik. Bizi məcbur edirdilər ki, Rusiya bazarı üzərindən işləyək, mən də xalqıma haram əti sata bilməzdim. Yaranmış vəziyyətə gəldikdə isə əgər franşıza üzərindən hərəkət etmisənsə, artıq sona kimi get. Biz də “Mybrands” səhifəsində “Lacoste” paylaşımında onlarla razılaşmadan bayrağımızı simvolizə edən rəngləri istifadə etdik, indi bizə desələr ki, onu yığışdır, dükanı bağlamaq mənə asan gələr, nəinki üç rəngli bayrağımın rənglərini silmək… Şirkətlərin bu vəziyyətdən çıxış yolu yalnız bütün tədarüklərini Azərbaycandan almaq və xeyiri yerli fermerlərə verməkdir. Heç bir şey xaricdən gətirilməsin. Amma yenə də geri addım ləzzət eləmədi”,-deyə iş adamı əlavə edib.

İş adamı “McDonald's“la bağlı dəhşətli faktlar  AÇIQLADI

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …