Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / İşə gedən şirkət işçiləri qəzaya uğradı: sürücü öldü, sərnişin yaralandı

İşə gedən şirkət işçiləri qəzaya uğradı: sürücü öldü, sərnişin yaralandı

Bu gün səhər saatlarında yeni çəkilən Ələt-Astara avtomobil yolunun köhnə yolla qovşağında, Astara-Bakı avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 178-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, 90 EK 235 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşınının beton ayırıcıya çırpılması nəticəsində sürücü, 52 yaşlı Qəbələ rayon sakini Nəsirov Mürvət Bəhlul oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 24 yaşlı Biləsuvar rayonunun Çinarlı kənd sakini Həsənov İmanəli Xeyrulla oğlu isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, “Mercedes”in sürücüsü və sərnişini Ələt-Astara avtomobil yolunu inşa edən şirkətin işçiləri olublar. Qəza səhər onlar işə gedərkən baş verib. Hadisənin sürücünün təzə yoldan qəfil köhnə yola keçmək istəyərkən idarəetməni itirməsi səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …