Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İraq Kürdüstanındakı referendum bütün Yaxın Şərqi alovlandıra bilər –Təhlil

İraq Kürdüstanındakı referendum bütün Yaxın Şərqi alovlandıra bilər –Təhlil

RİA Novosti, 18.06.2017

 

İraq Kürdüstanı hökuməti onu yeni ölkəni bəziləri üçün öldürücü təhlükəyə, başqaları üçün mühüm müttəfiqə çevirəcək müstəqillik referendumu keçirmək niyyətini elan edib.

 

Sivil boşanma

 

2017-ci il 25 sentyabr – kürdlərin fikrincə, məhz bu tarix onların xalqına nisbətdə çoxəsrlik ədalətsizliyə nöqtə qoyacaq. İraq Kürdüstanı rəhbərliyi, yekunları üzrə müstəqil kürd dövləti yaranmalı olan müstəqillik referendumunu məhz bu tarixə təyin edib. İraq Kürdüstanı lideri Məsud Bərzanin deyir: “Bu referendum xalqımızın qanuni hüququdur və sonra referendumun nəticələrini (Bağdadla-tərc.) dinc şəkildə müzakirə etmək istərdik”.

Bunun nəticəsinin necə olacağına az adam şübhə edir – “lehinə” səs verənlərin sayı, çətin  ki, 80%-dən az olsun.

İraq rəsmi hökuməti qəti şəkildə referenduma qarşı çıxır. İraq hökuməti təmsilçisi Səəd əl-Həddid bildirib: “Heç bir partiya İraqın taleyini həll edə bilməz”.

Yetərincə qəribə mövqedir, axı cənab əl-Həddidin təəssüfünə rəğmən və bütünlükdə İraq üçün bu ölkənin taleyi, demək olar, 15 il qabaq həll edilib. Amerika müdaxiləsi bu ölkəni vahid dövlət kimi saxlayan bütün bəndləri qırıb. İraqın daim tikiş vurduğu saplar isə mərkəzdənqaçma qüvvələrinin təzyiqinə tab gətirmək iqtidarında deyil. Həm də İraq Kürdüstanı artıq uzun illər ərzində de-fakto müstəqildir. Nəhayət, kürdlər Bağdadla bütün əlaqələri qırmamaq niyyətindən danışırlar. Məsələn, Ərbil İraqla birgə terrorçulara qarşı mübarizəni davam etdirmək niyyətindədir. Bundan başqa, ərbil İraqın indiki baş naziri Heydər əl-Abadi idarəçiliyinin uğurlu olmağı üçün “mümkün hər şeyi etmək” fikrindədir.

 

Özgəninkini çırpışdırıblar

 

Müşkül bundadır ki, referendum Heydər əl-Abadini “dəfn edəcək”. Kürdüstanın de-fakto müstəqilliyinin de-yureyə çevrilməsi bütün İraqın dağılması üzrə zəncirvari reaksiyanı işə salar və hətta dövləti federativ formada da saxlamağa imkan verməz. Bundan başqa, İraqdan çıxan kürdlər təkcə Kürdüstan ərazisini deyil, həm də kürd yığma könüllülərinin İŞİD-ə qarşı indiki müharibədə tutduğu əraziləri də mənimsəməyəcək. Məsələn, (Ərbilin hesabına görə, kürd dövlətinə daxil edilməli) neftlə zəngin Kərkükü, həmçinin yezidilərin məskunlaşdığı Sincarı.

Bəli, bu, kürdlərin referendum keçirdiyi birinci dəfə deyil. Artıq 2005-ci ildə İraq Kürdüstanında  xalq iradəsinin anoloji ifadəsi baş verib və tam 98%-i müstəqilliyə səs verib. Amma, birincisi, Bərzaninin dəqiq ifadə etdiyi kimi, “o zamankı referendum ictimai təşkilatlar tərəfindən elan edilmiş və keçirilmişdi, indiki isə hökumət və siyasi partiyalar tərəfindən təşkil olunur”.

İkincisi, o vaxtkı referendum İraq kürdlərinin hazırda nəzarət etdiyindən daha kiçik ərazidə keçirilib.

Və üçüncüsü, o zaman – 2005-ci ildə beynəlxalq durum müstəqilliyə şərait yaratmayıb. İndi isə vəziyyət bir qədər başqa cürdür.

 

Yaxın Şərqdəki düşərgələr

 

Referendum haqda xəbər İraq Kürdüstanı qonşuları tərəfdən artıq kəskin reaksiya doğurub. Qərar Türkiyə prezidentini “dərindən məyus edib”. Prezident-sultan bunu “bütün İraqın ərazi bütövlüyü üçün təhlüklə təşkil edən” və “heç kimə xeyir gətirməyən yanlış addım” adlandırıb.

İranlılar türklərlə razıdırlar. İran XİN rəsmi təmsilçisi Bəhram Qasimi bildirib: “Kürdüstan İraq ərazisinin ayrılımaz hissəsidir və İran İraqın birliyini dəstəkləyir”.

Hər iki dövlət müstəqil Kürdüstanın meydana çıxmağında maraqlı deyil, çünki onalırn ərazilərində kürd anklavı var. Orada isə narahatlıqdır – kürd yaraqlıları İraqdakı bazalardan İran ərazisinə müntəzəm basıqnlar edirlər, Türkiyənin kürd əyalətlərində isə, az qala, vətəndaş müharibəsi gedir. Lakin Ankara və Tehran nəsə edə bilərmi? Hərbi baxımdan – heç nə. Bəli, türklər indi kürdlərə müdaxilə imkanı haqda eyham vururlar – məsələn, Bağdadın Kərkük üzə mövqeyini müdafiə etmək vasitəsilə. “İraq konstitusiyasına əsasən, Kərkük İraq şəhəridir və kürd ərazilərinin hüdudunda deyil, – Türkiyə prezidetinin təmsilçisi İbrahim Kalın deyir. – Kərkükü referendum məsələsinə cəlb etməyə istənilən cəhd həm şəhərdə, həm də çevrəsində problemlər doğuracaq”.

Amma hədə-qorxu gəlmək bir məsələdir, müharibə başlamaq tam başqa bir məsələdir. İraq peşmərgəsi özünün döyüş bacarığını artıq göstərib. İraq Kürdüstanında dəfələrlə olmuş rusiyalı politoloq Karine Gevorqyan RİA Novosti-yə deyir: “İraq Kürdüstanı qala, bütün Yaxın Şərqdə bir növ təhlükəsizlik adasıdır. Ərəblərin önəmli hissəsi ora adi istirahətə gəlir, orada düşərgələr qururlar”.

Tutaq ki, Ankara hədə-qorxuinu gerçəkləşdirməyə başlayacaq – embarqo tətbiq edəcək (daha dəqiqi, demək olar, İraqın qaçılmaz embarqosuna qoşulacaq), həmçinin hansısa hərbi əməliyyatlar aparacaq. Bu halda o, təkcə bölgədəki bütün irimiqyaslı yatırımlarını deyil, həm də irimiqyaslı siyasi yatırımları itirəcək. Məsələn, Məsud Bərzani Türkiyə pulu və ərzağının əvəzində İraq Kürdüstanının Türkiyə kürdlərini dəstəkləməkdən imtina haqda onlarla Ərdoğan arasındakı sazişi qüvvədən salır. Əslində, Türkiyə jurnalisti Çingiz Çandarın qeyd etdiyi kimi, bu gün İraq Kürdüstanı Türkiyənin bölgədə yeganə dostudur və onu itirmək ağılsızlıq olardı. Axı bu halda Bərzani indi artıq Türkiyənin geopoltik rəqibi olmuş İrana sarı valaylaya bilər (Tehran Ərbilə təsirinin möhkənmlənməsi üçün çoxdan işləyir).

Tehranın da seçimlə bağlı bu cür problemləri var. İraq Kürdüstanı ilə münaqişə İranın özündəki kürd yaraqlıları tərəfindən Ərbilə dəstəyin güclənməyinə, həmçinin bu bölgədə bütün nüfuzun türklərin xeyrinə itirilməyinə səbəb olar.

 

Dostlar tapılar

 

Əlbəttə, bu dilemmadan çıxış yolu var – Tehran və Bağdad qarşılıqlı inamsızlığı aradan qaldırıb Bağdad və Dəməşqlə birlikdə İraq Kürdüstanının çoxtərəfəli blokadasını təşkil edə bilər. Lakin Bərzani bu halda asanlıqla İraq kürdləri ilə dostluq gərəkli və mühüm olan başqa tərəfdfaşlar tərəfə valaylaya bilər. Məsələn, amerikalılarla əməkdaşlıq edər. Dövlət Departamentində referebnduma münasibət üzrə olduqca diplomatik mövqe tutulması təsadüfi deyil – onlar “İraq Kürdüstanı xalqının qanuni cəhdlərini qiymətləndirir”, lakin bununla belə, “vahid, sabit, demokratik İraqı dəstəkləyir”, həmçinin hesab edirlər ki, referendum bölgədə İŞİD-in darmadağını kimi daha ciddi vəzifələrdən diqqəti yalnız yayındıracaq.

Vaşinqtonda İraq kürdlərinə (Suriya kürdləri kimi) bölgədə bütün ölkələrə və hədsiz dərəcədə iddialı Türkiyəyə, amerikalıların fikrincə, təcavüzkar İrana və İraqa və Suriyadakı müxtəlif qüvvələrə təsir etmək mümkün olan Amerika forpostu kimi baxırlar. Amerikayönlü müstəqil Kürdüstan bütün bölgəsəl gücləri cilovlamaq üçün çox gözəl maneədir.

Amerikalılar buna görə də Ərbilə hə pulla, həm də təhlükəsizlik zəmanəti ilə dəstək verirlər.

Daha bir potensial dost Səudiyyə Ərəbistanıdır. Səudlar artıq qeyri-formal səviyyədə referendumu dəstəkləyiblər. Beləliklə, onlar həm İranın, həm də Türkiyənin qabağını ala bilər. Səudiyyənin müttəfiqləri – Misir və BƏƏ artıq Ər-Riyadın mövqeyinə qoşulub.

Nəhayət, daha ağırçəkili zəmanəti olan başqa müttəfiqlər tapmaq olar. Məsələn, Rusiyanı. Moskvada uyğun danışıqlar artıq aparılıb və kommersiya təklifləri edilib (Bəzi məlumatlara görə, Rosneft Kürdüstanın neft-qaz sahəsinin inkişafında iştirak edəcək).

Beləliklə, bu gün Məsud Bərzaninin bütün imkanları var ki, İraq Kürdüsdtanı üçün gerçək müstəqillik əldə etsin. Və praktik olaraq Bağdaddan ayrılmağı dərhal qeydə aldırmaq. (məsələn, İraq Kürdüstanının 2018-c ildə baş tutacaq İraq parlament seçkilərinə qatılmaqdan imtina etmək – bu imtinanı geri qaytarmaq çox çətin olacaq).

Lakin Bərzani manevr üçün geniş məkan saxlaya bilər. Karine Gevorqyanın fikrincə, byu, referendumda dürüst ifadə seçimi ilə mümkündür: “Müstəqillik” deyil, “konfederasiyanın tərkib hissəsi”. Bundan sonra bu konfederasiyanın çox-çox yaxşı şərtləri haqda Bağdadla sazişə gəlmək mümkün olacaq.

Məsud Bərzani hazırda yetərincə sərt mövqe tutub. İraq Kürdüstanı lideri bildirib: “Bu, müstəqillik haqda referendumdur və istəyirəm ki, bunu hamı başa düşsün. Referendum başa çatarkən biz (Bağdadla-tərc.) dialoqa başlayacağıq. Biz xalqın arzusundan imtina etməyə hazırlaşmırıq. Referendum müstəqillik haqda keçirilir və nəticələri həyata keçiriləcək”.

Lakin sentyabrın 25-ə qədər hələ düşünməyə vaxt var. Həm də hamının.

Tərcümə Strateq.az-ındır.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın