Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / İranın İrəvandakı səfirliyinin attaşesi nazirliyə çağırılıb

İranın İrəvandakı səfirliyinin attaşesi nazirliyə çağırılıb

Şərqi Azərbaycan əyaləti valisinin müavini Səid Şəbüstərinin bəyanatı ilə bağlı İranın İrəvandakı səfirliyinin hərbi attaşesi, polkovnik Hüseyn Şeyx Ermənistanın Müdafiə Nazirliyinə çağırılıb.

” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, onu Ermənistan Müdafiə nazirinin müavini David Tonoyan qəbul edib.

İranlı attaşe Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Qulubəyli kəndinə top mərmilərinin düşməsi nəticəsində xəsarət alanın olmadığını bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın silahlılarının işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi istiqamətində atdığı top mərmilərindən 3-ü Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Qulubəyli kəndinə düşüb. Şərqi Azərbaycan əyaləti valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Səid Şəbüstəri hadisə ilə bağlı Azərbaycan və Ermənistan tərəfə müraciət etdiklərini bildirib.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın