Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / İran prezidenti bu tarixdə Bakıya gəlir – Əliyev və Putinlə birgə görüş olacaq

İran prezidenti bu tarixdə Bakıya gəlir – Əliyev və Putinlə birgə görüş olacaq

İran İslam Respublikası prezidenti İran, Azərbaycan Respublikası və Rusiya üçtərəfli iclasında iştirak üçün avqustun 7-də Bakıya səfər edəcək.

Bu barədə İran Dövlət Televiziyası məlumat verib. I

RIB-in məlumatına görə, İran, Azərbaycan Respublikası və Rusiya üçtərəfli iclası avqustun 8-də Bakıda üç prezident səviyyəsində keçiriləcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu səfərdə həmkarı İlham Əliyev və Vladimir Putinlə üçtərəfli iclas keçirəcək.

Azərbaycan Respublikası prezidentinin təklifi ilə keçirilən bu iclasda üç ölkə regional məsələlər, eləcə də üçtərəfli əlaqə və əməkdaşlıqlar üzrə müxtəlif sahələrdə danışıqlar və məşvərətlər aparacaq.

Bu ilin yazında da Bakıda İran, Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirlərinin üçtərəfli iclası keçirilmişdi və tərəflər təhlükəsizlik, siyasi və iqtisadi həmkarlıqların genişlənidirilməsini vurğulamışdılar.

Strateq.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın