Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İran biznesə qayıdır: Yaxşı nədir, pis nədir? – TƏHLİL

İran biznesə qayıdır: Yaxşı nədir, pis nədir? – TƏHLİL

BBC-nin diplomatik məsələlər müxbiri Bridget Kendall yazır ki, İran üzərindən sanksiyaların qaldırılması mühüm tarixi andır.

15 illik fasilədən sonra Qərblə İslam Respublikası arasındakı qarşıdurmanın sona çatması həqiqətən də heyrətamiz keçiddir.

Hələ bir müddət əvvəl prezident Mahmud Əhmədinejad İsrail kimi ölkələr barədə hərbə-zorba gəlirdi.

Elə indi də İranın Yaxın Şərq boyunca şiə müsəlmanlara siyasi və hərbi dəstək verməsini bir çox təhlilçilər “sabitsizliyin şiə qövsü” adlandırırdılar.

Onlar narahat idilər ki, nüvə silahı əldə etmiş İran regionda öz hegemon statusunu bərqərar edə bilər.

Lakin İranda hakimiyyət dəyişdikdən sonra, ABŞ prezidenti Barack Obama da Tehranla daha açıq münasibətlər yolunu tutdu.

İranın yeni prezidenti Həsən Ruhani sanksiyalar altında boğulan ölkəsinin şikəst iqtisadiyyatını dirçəltməyə çalışırdı.

Bu arada Yaxın Şərqdə daha qorxulu düşmən – sələfi İslamına söykənən İslam Dövləti təşkilatı baş qaldırıdı.

Ümumi məqsədlər

Təhlilçilər deyirlər ki, Tehran da İslam Dövlətinə aşkar təhlükə kimi baxır.

Image copyrightReuters
Image captionİndi İrandan olan şübhələrə onun güclənməsindən olan narahatlıq da qarışıb

Bridget Kendall yazır ki, hələ 2010-11-ci illərdə bir sıra məlumatlı Avropa kəşfiyyat rəsmiləri Qərbin İranla qarşıdurmaya getməsinə mənfi baxırdılar. Onlar bu qənaətdə idilər ki, İran əl-Qaedaya və onun cihadçı törəmələrinə qarşı mübarizədə çox faydalı müttəfiq ola bilər.

O vaxtlar bu kimi mülahizələr az qala “diplomatik küfr” sayıla bilərdi.

İndinin özündə də bir çoxları İrana etibar edib-etməməyin məqsədəuyğunluğu barədə düşünürlər.

Hələ ikicə il bundan əvvəl İran Suriya sülh danışqılarından kənarlaşdırılmışdı.

Lakin indi İranın bu münaqişədə Rusiya qədər mərkəzi oyunçu olduğuna heç kim şübhə etmir.

İqtisadi baxımdan isə qlobal yavaşlama zəmanəsində bir istehlakçı kimi 80 milyonluq əhalisi olan idxala “ac” ölkə xarici bizneslər üçün çox cazibəli görünür.

Bununla belə, Qərb perspektivləri baxımdan İranın biznesə qayıtması hələ bütün problemlərin arxada qalması demək deyildir.

Asiya arzuları

Qərb diplomatları deyirlər ki, İranın davranışı ilə bağlı bir çox məsələlər həll olunmamış qalır. Söhbət ilk növbədə insan haqlarının vəziyyətindən, çox sayda edamların icra olunmasından və regional münaqişələrdə Tehranın qızışdırıcı rolundan gedir.

Image copyrightReuters
Image captionİranın neft tankerləri innən belə boş dayanmayacaq

Kendall yazır ki, İranın üzərindən sanksiyaların qaldırılması bəzi ölkələr üçün fayda gətirsə də, bəzi başqa ölkələr üçün narahatlıq mənbəyi olacaq.

İranın özündə isə, belə hesab edirlər ki, baş alıb gedən korrupsiya və iqtisadiyyatın bərbad idarə edilməsi, sanksiyalardan az ziyan vurmayıb. Odur ki, prezident Ruhaninin sanksiyaların qaldırılmasından inflyasiyanın buxovlanması üçün nə dərəcədə faydalana biləcəyi sual altındadır. İran yenidən neft bazarına qayıtsa da, neftin hazırkı qiymətləri onun tez bir zamanda sərvətlənməsinə imkan verməyəcək.

Belə bir risk də var ki, sanksiyaların qalxması ilə adi insanların yaşayında çox az fərqin yaranması cəmiyyəti qərbpərəst lider kimi tanınan Ruhaniyə qarşı səbirsiz edə bilər. Bundan isə ilk növbədə mühafizəkarların fürsətlənəcəyi şəksizdir.

İranın neft bazarına qaytıması bu bazardakı başqa oyunçular üçün də narahatlıq təşkil edir. Səudiyyə Ərəbistanından Venesuelaya, Braziliyadan Rusiyayadək neft ixracatçıları yerlərinin daralmasını o qədər də istəməzdilər.

Digər tərəfdən neftin əsas istehlakçıları üçün İranın neft bazarına gəlməsi yaxşı xəbərdir. Hazırda Çin, Yaponiya və Cənubi Koreyanın İranla işbirliyinə hazırlaşdırqları barədə xəbərlər yayılır.

Təsadüfi deyildir ki, neftin ən böyük müştərisi olan Çinin lideri Xi Jinping regiona nadir səfərinin marşrutuna Səudiyyədən başqa İranı da daxil edib.

Yeni təhlükələr

İranın köhnə düşməni İsrailin narahatlığına hələlik son qoyulmayıb. Lakin, yazır Bridget Kendall, hazırda İranın niyyətləri barədə ən çox narahatlıq keçirən Səudiyyə Ərəbistanıdır.

İş elə gətirib ki, ilin lap başlanğıcından İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər diplomatik münasibətlərin kəsilməsi ilə nəticələnən gərginlik mərhələsinə qədən qoyub.

Bu qarşıdurmanın hara qədər gedəcəyi hələlik bəlli deyil.

Qərb diplomatları ümid edirlər ki, həm Tehran, həm də Riyad aralarındakı mübahisənin Suriya münaqişəsinin həllinə ziyan vurmamasına çalışacaq.

Hələlik aydın olan budur ki, İranın nüvə silahlı təhlükəsinin qalxması ilə Yaxın Şərqdə yaranmış vəziyyət daha təhlükəsiz olmayıb. Bu regionda sünni və şiələr arasında qarşıdurmanın miqyası günü-gündən genişlənir.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın