Ana səhifə / Sosial / Iran Azərbaycandan İsraildə səfirlik açmamasını tələb edir

Iran Azərbaycandan İsraildə səfirlik açmamasını tələb edir

İranın Ali dini rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.

Virtualaz.org “Farsnews”a istinadən xəbər verir ki, Təbrizdə islam ölkələrinin KİV nümayəndələri ilə görüşən Əl-Haşem bəyan edib ki, bəzi ölkələr İranla Azərbaycanı bir-birindən uzaqlaşdırmağa çalışır. “Buna görə də, biz Azərbaycanı çağırırıq ki, düşmənlərin hiylələrindən çəkinsin”, – İran ruhaniliyinin təmsilçisi deyib.

O əlavə edib ki, KİV iki ölkənin hökumətlərini yaxınlaşdıra bilər. “İsrail müsəlmanlar üçün “qırmızı xətt”dir və biz Azərbaycanı çağırırıq ki, İsraillə münasibətlərin qurulması üzrə heç bir hərəkətə yol verilməsin. Deyilənə görə, Azərbaycan İsraildə səfirlik açmaq istəyir, lakin o, bunu etməməlidir”.

O bildirib ki, İranla Azərbaycan arasında siyasi və sosial münasibətlər etimad üzərində qurulub, lakin “düşmənlərin siyasəti narahatlıq doğurur”.

Bu, İranın dini rəhbərlik nümayəndələrinin Azərbaycanı İsraillə münasibətlərdən imtina etməyə çağıran ilk cəhdləri deyil. Ötən ilin dekabrında – İsrailin baş naziri Binyamin Netanyahu Bakıya rəsmi səfərə gələrkən Qərbi Azərbaycan ostanının ruhani nümayəndəsi Seyid Mehdi Qureyşi həmin səfəri yolverilməz adlandırmışdı. Ərdəbildəki ruhani nümayəndə Seyid Həsən Ameli isə İranla həmsərhəd olmasını İsrailin Azərbaycana göstərdiyi marağın yeganə səbəbi olduğunu demişdi.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın