Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

Tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu bildirib. Eyni zamanda regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın