Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / İradə Gülməmmədova prezidentin Qarabağ əlilinə verdiyi torpağı zəbt etmək istəyir- ŞİKAYƏT

İradə Gülməmmədova prezidentin Qarabağ əlilinə verdiyi torpağı zəbt etmək istəyir- ŞİKAYƏT

“Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, onların xüsusi statusları var. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək, insanları incitməməkdir. Əksinə, insanlara qayğı, diqqət göstərməlidirlər və problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Prezident İlham Əliyevin bu sərt xəbərdarlığı deyəsən bəzi üzdəniraq məmurların tükünü də tərpətməyib. Məlum olduğu kimi insanların həyat səviyyəsinin yüksəldilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Bu da xalqın gələcəyə olan inamını daha da artırır və Prezidentin ətrafında daha sıx birləşməyə zəmin yaradır. Məhz bunun nəticəsidir ki, bu gün Prezident-xalq birliyi sarsılmaz olub. Dövlət başçısı tərəfindən atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Lakin bəzi harınlamış məmurlar özünü hər bir Azərbaycan vətəndaşının prezidenti elan edən dövlət başçısı İlham Əliyevin insnlara göstərdiyi diqqət və qayğıya kölgə salır. Çox təəssüf ki, bəzi icra hakimiyyətləri də vətəndaş məmnunluğunu təmin etmək əvəzinə, insanlar üçün əlavə problemlər yaradırlar.

Redaksiyamıza müraciət edən Abşeron rayon Mehdiabad qəsəbəsi “Qarant” yaşayış massivində məskunlaşan Qarabağ müharibəsi veteranı İmranov Ramil İmran oğlu da Abşeron Rayon İcra Hakimiyyətindən şikayətlənir. Qeyd edək ki, Ramil İmranov 1992-1994-cü illərdə erməni qəsbkarlarına qarşı döyüşlərdə fəal iştirak edib. Göstərdiyi qəhrəmanlığına görə müxtəlif mükafatlara layiq görülüb. Döyüşlərin birində başından ağır güllə yarası alıb. Aldığı güllə yarasından başının sümüyü dağıldığı üçün həmin sümük “süni kapron”la əvəz olunub. Hazırda bədəninin sağ ətrafı işləmir. Birinci dərəcəli əlil olan R.İmranov heç bir yerdə işləmir, himayəsində 2 azyaşlı uşaq var. Qızı iki xəstəlikdən əziyyət çəkir, həyat yoldaşı isə hər iki gözündən əməliyyat olunub. Əlilliyinə görə aldığı pensiya ilə ailəsini dolandırır.

Xatırladaq ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət problemlərinin həlli prezidentn İlham Əliyevin daim diqqət mərkəzində olub. Dövlət başçısı elə R.İmranovun da ümidlərini gerçəkləşdirərək onun ərizəsini müsbət cavablandırıb. 2014-cü ildə möhtərəm prezidentə ünvanldığı məktub əsasında ona Mehdiabad qəsəbəsində bələdiyyə ərazisindən 130 kvadratmetr torpaq sahəsi ayrılıb. Arzularının rellaşdığını görən R.İmranov onun üçün ayrılan torpaq sahəsini hasara alaraq tikinti işlərinə başlayıb. Lakin 2016-cı ildə heç bir xəbərdarlıq edilmədən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən gecə saatlarında daş hasarlar tikinti ilə birgə sökülüb. O vaxtdan indiyə qədər özünü sərbəst şəkildə idarə etmək iqtidarında olmayan Qarabağ döyüşçüsü yerli icra strukturlarının qapısı arxasında qalıb.

R.İmranov deyir ki, prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətin araşdırılması zamanı onun hüquqlarının pozulduğu müəyyən edilərək pozulmuş hüquqlarının bərpası ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə verilən tapşırıq müxtəlif bəhanələrlə icra olunmur:
“Heç bir xəbərdarlıq edilmədən mənim üçün ayrılan torpaq sahəsinin hasarı Rayon İcra Hakimiyyəti tərəfindən uçurdulub. Gizli əməliyyatda icra hakimiyyətinin rəsmi şəxsləri şəxsən iştirak edib. Həmin ərazinin mənə məxsus olması barədə rəsmi sənədləri təqdim etməyimə baxmayaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova tikinti işlərinin aparılmasına qadağa qoyub. Məsələ ilə bağlı dəfələrlə icra hakimiyətində olsam da, başçının köməkçisi Fuad müəllim, eləcə də hüquq şöbəsinin müdiri Rəşad müəllim məni təhqir etməkdən belə çəkinməyərək görüşə imkan verməyiblər.. Abşeron Rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi üzrə ərazi nümayəndəsi Bayram müəllim və Mənzil İstismar Sahəsini rəisi Səfa Quliyev icra başçısının tapşırığı əsasında tikinti işlərinin aparılmasına mane olurlar. Əlimdə olan rəsmi sənədlərə, dövlət başçısının tapşırıqlarına məhəl qoymayan bu şəxslər mənim mülkiyyət hüququmu pozmaqda davam edirlər”.

Qeyd edək ki, R.İmranov Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona qarşı edilən haqsızlıqla bağlı Prezident İlham Əliyev və Birinci-Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.
Müraciətdə bildirilir: “Sizlər nəinki mənə qarşı, eləcə də yüzlərlə əlil və şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığınız halda, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ müharibəsi veteranlarına qarşı haqsızlıq edilir. Nəticədə iki azyaşlı, xəstə uşağımla, xəstə anam və həyat yoldaşımla çıxılmaz vəziyyətdə qalmışıq. Hazırda qızım iki xəstəliklə mübarizə aparır, həyat yoldaşım iki gözündən əməliyyat olunub. Ömrümün son günlərində Sizlər tərəfindən mənə verilən torpaq sahəsində ailəmi yerləşdirməyə imkan vermirlər. Əminəm ki, Sizlər baş verən bu haqsızlıqdan xəbərsizsiniz. Xatırladım ki, həmin tikintinin məndən xəbərsiz söküldüyünü görəndə işlək olmayan bədənimdə infarkt keçirdim. Şəxsən Sizin birbaşa göstərişiniz əsasında Əlillərin Bərpa Mərkəzində uzun müddət müalicə olundum. Bunun üçün də Sizə təşəkkürümü bildirirəm. Xahiş edirəm ki, Sizə etdiyim müraciət əsasında mənim üçün ayrılan torpaq sahəsində tikinti aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətinə göstəriş verəsiniz”.(newscenter.az)

İradə Gülməmmədova prezidentin Qarabağ əlilinə verdiyi torpağı zəbt etmək istəyir-

İradə Gülməmmədova prezidentin Qarabağ əlilinə verdiyi torpağı zəbt etmək istəyir-

İradə Gülməmmədova prezidentin Qarabağ əlilinə verdiyi torpağı zəbt etmək istəyir-

İradə Gülməmmədova prezidentin Qarabağ əlilinə verdiyi torpağı zəbt etmək istəyir-

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …