Ana səhifə / Sosial / İrəvana Azərbaycanla birləşmək təklif edildi –MİLLİ MƏCLİSDƏ

İrəvana Azərbaycanla birləşmək təklif edildi –MİLLİ MƏCLİSDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov parlamentdəki çıxışında Avropa Parlamentində Azərbaycana qarşı təxribatlara reaksiya verib.
Səməd Seyidov Azərbaycan prezidentinin Brüsselə səfəri zamanı cəmi 2-3 Avropa Parlamentinin nümayəndəsinin Azərbaycanla bağlı guya müzakirə təşkil etmək niyyəti irəli sürdüyünü xatırladıb: “Onların məqsədi Azərbaycan-Avropa İttifaqı münasibətlərini pozmaq idi. Ancaq bu, şəxsi təşəbbüs kimi Avropa Parlamenti tarixində utanc yeri kimi qaldı”.
Daha sonra S.Seyidov Azərbaycan və Ermənistanı quberniyaya çevirmək istəyən Vladimir Jirinovskinin çıxışına diqqət çəkib:
“Əslində başqa vaxt olsaydı, bu sözlərə heç fikir vermək düzgün deyildi. Lakin Xocalı soyqırımının 25 illiyi ərəfəsində mən bunu edə bilmərəm. Ümummilli liderimiz “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir və sarsılmazdır” deyib. Bu, şüari deyil. Bu, bizim qan yaddaşımız, qanlı yanvarımız, Xocalımız, Qarabağımız, şəhidlərimiz, Çingiz Qurbanov, Mübarizimizdir. O ki qaldı quberniya məsələsinə, əslində, İrəvan bu statusa tam uyğun gəlir. Lakin Rusiyanın yox, Azərbaycanın quberniyası olaraq. Ermənistan qondarma bir dövlətdir, 95 faiz əhalini həmişə azərbaycanlılar təşkil edib. Ona görə də İrəvanın rəhbərliyi istərsə, qoy Azərbaycanın ayrılmaz hissəsi olsun”.
Bundan sonra Səməd Seyidov çıxşını rusca davam etdirib və Jironovskiyə şeirlə cavab verib. Parlament onun çxışına alqışlarla reaksiya qarşılayıb.(Musavat.com)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın