Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / İqtidar-müxalifət görüşü başladı

İqtidar-müxalifət görüşü başladı

Bu gün Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirilir.

Azinforum.az saytının məlumatına görə, görüşdə iqtidar tərəfdən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə müavini, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, müxalifət tərəfdən isə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP baş katibi Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edir.

Ə. Həsənov giriş nitqi ilə çıxış edib. Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.

Görüşdə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və partiyalararası əlaqələrin inkişaf perspektivləri müzakirə olunur.

Xatırladaq ki, öncəki görüşlər 2014-cü il dekabrın 13-də və 2015-ci il fevralın 12-də keçirilib.

 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın