Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / İqbal Məmmədova məxsus olduğu bildirilən şirkət cərimələnə bilər

İqbal Məmmədova məxsus olduğu bildirilən şirkət cərimələnə bilər

“Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

Pravda.az-ın xəbərinə görə, MMC müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsi ilə cərimələnib.

İş Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Şirkətin deputat İqbal Məmmədova məxsus olduğu bildirilir.

Həmçinin oxuyun

326 saylı məktəbin direktoru verdiyi sözü tutmadı

Məlum olduğu kimi, tədris ili başlayanda valideynləri qayğılandıran məsələlərdən biri də məktəbli formalarıdır. Problenm ondadır …