Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / İntihar edən qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşıdır – FOTO

İntihar edən qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşıdır – FOTO

Dünən Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan şəxsin məmur olması üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1984-cü il təvəllüdlü Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində işləyir.
Ona ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə Zahid Niyazov özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.

https://www.youtube.com/watch?v=NId0fC7FA2c

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …