Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / İnternetdən nə isə alanda ehtiyatlı olun – VİDEO

İnternetdən nə isə alanda ehtiyatlı olun – VİDEO

Onlayn satış saytı üzərindən işlənmiş kondisioner alan qadın dələduzluğa məruz qalıb. Qadın iddia edir ki, 500 manat pul ödəyib tanımadığı şəxsdən ikinci əl kondisioner alsa da, məişət əşyası işləmir.

Onlayn alış-veriş saytı vasitəsilə kondisioner alan qadın dələduzluqla üzləşib.

Paytaxt sakini Suqra Babayeva deyir ki, bir neçə gün əvvəl sayt vasitəsilə ikinci əl kondisioner almaq istəyib. Mənzilinin sahəsinə uyğun kondisioneri tapdıqdan sonra onu satan Vüsalə Hümbətova ilə qiymətdə razılığa gəliblər.

Kondisioner təxminən 1 saat sonra Suqra Babayevanın yaşadığı, paytaxtın Sabunçu rayonu Buzovna qəsəbəsi, ”Vişniyovka” yaşayış massivinə göndərilib. Amma kondisioneri gətirən usta ev sahiblərinə bildirib ki, həmin məişət cihazı işləmir.

Adı dələduzluqda hallandırılan Vüsalə Hümbətova ilə biz də əlaqə saxlamağa çalışdıq. Ancaq onun telefonları cavab vermədi.

Zərərçəkmiş qadın üzləşdiyi dələduzluqla bağlı ərazi üzrə 14-cü polis bölməsinə müraciət edib. Bölmədən qadına bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılıb nəticəsi barədə məlumat vəriləcək.

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …