Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İnstitut direktoruna yeni vəzifə verilib – Prezident imzaladı

İnstitut direktoruna yeni vəzifə verilib – Prezident imzaladı

Məlum olduğu kimi, Prezident İlham Əliyev martın 2-də “Azərbaycan Respublikasının Hövqəladə Hallar Atlası”nın nəşri haqqında Sərəncam imzalayıb. Sərəncamda redaksiya heyətinin tərkibi və proqram layihəsi təsdiqlənib.

AMEA-nın Coğrafiya İnstitutundan verilən məlumata görə, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov Atlasın məsul katibi təyin olunub. Əsas icraçılar AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya, eləcə də Geologiya və Geofizika institutlarıdır.

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının martın 30-da keçirilən iclasında akademik R.Məmmədov bu Sərəncamın icrası və Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının hazırlanması haqqında iclas iştirakçılarına geniş məlumat verib.

Akademik bildirib ki, ilk dəfə olaraq 2008-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının yaradılması barədə təşəbbüs qaldırmış, onun tərtib etdiyi layihə dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunmuşdur. Azərbaycanda bu Atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlamış və prezidentin məlum sərəncamından sonra sürətlənmişdir.

Coğrafiyaşünas alim Azərbaycan Respubikasının inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşdiyini, bu amillərin qarşılıqlı təsirinin ildən-ilə fəallaşmasının nəticəsində sel, daşqın, zəlzələ, sürüşmə, quraqlıq, yanğın və digər bu kimi təbii-dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsirinin artdığını diqqətə çatdırıb. Bu baxımdan atlasın yaranmasının zəruriliyini xüsusi qeyd edən akademik onun redaksiya heyəti, icraçıları, məqsəd və vəzifələri, xəritələrin siyahısı, tədqiqatın metod və vasitələri, gözlənilən nəticələr və s. haqqında geniş söhbət açıb. R.Məmmədov qeyd edib ki, proqram layihəsini hazırlayarkən bir sıra qabaqcıl ölkələrin müvafiq atlaslarını nəzərdən keçirib, müsbət halları hazırkı layihənin tərtibində tətbiq etməyə çalışıb. Akademik onu da vurğulayıb ki, xarici mütəxəssislərin qabaqcıl təcrübəsindən istifadə etmək məqsədilə onların treninqlər keçirməsi üçün ölkəmizə dəvət olunması nəzərdə tutulur. Alim Atlasın hazırlanması üçün 200-dən artıq xəritənin tərtibinə ehtiyac olduğunu diqqətə çatdırıb.

İclasda hazırlanacaq xəritələrin sahələr üzrə bölgüsü aparılıb.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın