Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / “İnfeksiyanın yenidən baş qaldırması mümkündür” – Cəlal İsayev

“İnfeksiyanın yenidən baş qaldırması mümkündür” – Cəlal İsayev

Nazirlər Kabinetinin qərarına əsasən, aprelin 27-dən etibarən xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Nəticədə bir çox sahə öz fəaliyyətlərini bərpa ediblər. Belə olan halda virusun yayılma ehtimalı da artır.

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, məhdudiyyətlərin bir qisminin yumşaldılması bəzi vətəndaşlara öz fəaliyyətini bərpa etməyə imkan verib. Lakin bu, o demək deyil ki, insanlar tam sərbəst şəkildə hərəkət edə bilərlər. Bu dövrdə belə verilən tövsiyələrə dəqiqliklə əməl etmək vacibdir. Əks halda infeksiyanın təkrarən baş qaldırması mümkündür. Əgər vətəndaşlar bu dövrün qalmasını istəyirlərsə, təklif olunan bütün tövsiyələrə riayət etmələri şərtdir.

“Bu virus hava-damcı infeksiyasıdır. Hava-damcı yolu ilə yayılması epidemioloji cəhətdən çox təhlükəlidir. Digər yollarla, yəni əllə təmas vasitəsilə, qida vasitəsilə də yayıla bilər. Lakin əsas hava-damcı yolu ilə yayılır. Ona görə də insanların təcrid olunması, kütləvi toplanma yerlərinə getməməsi, maskadan istifadə etməsi zəruridir. Xüsusən təcrid olunmağa diqqət yetirilməlidir. Hər kəs başqa insanlarla təmasdan çəkinməlidir. Əks halda xəstəliyin yayılma ehtimalı var və təkrar baş qaldırması müşahidə oluna bilər. Əgər yumşaldılma tədbirlərinin qalmasını, virusun yayılmasının qarşısını almaq istəyiriksə, tövsiyələrə əməl etmək vacibdir. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, karantin tədbirlərinin tez yumşaldılması, tez aradan qaldırılmasını istəyirlərsə, Operativ Qərargahın tövsiyələrinə ciddi riayət etsinlər. Özümüzü və yaxınlarımızı qorumaq üçün buna məcburuq”, – deyə C.İsayev qeyd edib.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …