Bazar ertəsi , May 10 2021
Ana səhifə / Sosial / İndiyədək Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik verilib

İndiyədək Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik verilib

“Artıq Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

S. Babayev deyib ki, indiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.

Həmçinin oxuyun

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti …