Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Sosial / İndiyədək 12685 vərəsəyə birdəfəlik ödəmə verilib

İndiyədək 12685 vərəsəyə birdəfəlik ödəmə verilib

İndiyədək 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, artıq 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmə verilib. 

“Bununla da şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının 71 faiz icrası təmin edilib”. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11000 manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb. 

Həmçinin oxuyun

Pirşağıda dənizi hasarlayıb, pulsuz çimərliyə buraxmırlar – Video

Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb. “Yeni Sabah”ın redaksiyasına …