Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “İndi tutaq ki, həmin general Əli Kərimlinin də tələbə yoldaşı olub, nə olsun?”

“İndi tutaq ki, həmin general Əli Kərimlinin də tələbə yoldaşı olub, nə olsun?”

Moderator.az Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın son paylaşdığı statusu təqdim edir:
“Mediada xəbərin təqdimatının xüsusi əhəmiyyəti var. Aşağıdakı informasiyada da bunu dərhal sezmək olur. Demək gömrük generalı Güloğlan Muradovun vəzifəsi bir pillə aşağı salınıb. Mənim tələbə yoldaşım olub ve hətta eyni qrupda oxumuşuq, gömrük sisteminde ən bilikli və peşəkar kadrlardan biridir. General rütbəsi də indiki hakimiyyət tərəfindən verilib. İndi tutaq ki, Əli Kərimlinin də tələbə yoldaşı olub, nə olsun? Gömrük Komitəsinin rəhbərliyi öz mülahizələrinə görə hansısa qərar qebul edibsə, bunu medianın 30 il öncə adamın oxuduğu məktəb və ya təlıbə yoldaşları ilə əlaqəlındirilməsinin məntiqi izahını vermək həqiqətən çətindir. Ümumilikdə isə Güloğlan Muradovla tələbə yoldaşı kimi bir-birimizin xeyrində-şərində iştirak edirik, Əli Kərimli ilə hansısa münasibətinin olmadığını dəqiq bilirəm. Gömrük sisteminə isə savadlı kadr olaraq mənim tərəfimdən 1992-ci ildə işə göndərilib. Dəmık ki, informasiyanın təqdimatına hörmətli jurnalistlərimiz daha dəqiq yanaşmalıdırlar ki, cəmiyyət tərəfindən yanlış anlaşılmasınlar.”

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın