Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / İmişlidə 5 mindən çox ağac əkildi – Fotolar

İmişlidə 5 mindən çox ağac əkildi – Fotolar

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı bir neçə gündür ki, İmişli rayonunda silsilə tədbirlər keçirilir. 

“Qafqazinfo”nun məlumatına görə, dekabrın 5-də “Asan xidmət”in inzibati binasında İmişli rayon İcra Hakimiyyətinin və “Asan Könüllüləri”nin dəstəyilə konsert təşkil olunub. Bu gün isə rayon ictimaiyyətinin iştirakı ilə geniş tərkibdə ağacəkmə kampaniyası keçirilib.

Kampaniyaya rayonun ziyalı, yaşlı, gənc və sadə vətəndaşlar olmaqla bütün təbəqələrindən olan yüzlərlə insan qatılıb.

Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Aparatın məsul işçiləri, rayonun hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri də iştirak edib.

Tədbirlə əlaqədar ümumilikdə 5000-dən artıq ağac rayon ərazisində əkilib.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …