Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / İmam Mustafayevin qəzəbli nitqi: “Nə qədər insafsız olasan ki…”

İmam Mustafayevin qəzəbli nitqi: “Nə qədər insafsız olasan ki…”

İmam Mustafayev bu nitqi zaman söyləmişdi ki, həmin vaxt Qarabağ müharibəsi gedirdi. Müharibə ilə yanaşı bir bundan əvvəl öz müstəqilliyinə qovuşan ölkənin əhalisi həm də çörəkdən əziyyət çəkirdi. Xalq uzun çörək növbəsində dayanırdı. Vaxtilə Azərbaycan SSRİ-nin kənd təsərrüfat naziri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən İmam Mustafayev ( 1954-1959) o zaman ictimai-siyasi xadim kimi təqaüddə olsa da, akademik kimi Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun direktoru idi. Bəzi işbazların qıtlıq vaxtı çörək istehsalındakı xətalarına bir vətəndaş, keçmiş rəhbər və ən əsası taxıl mütəxəssisi kimi biganə qala bilməzdi. Onun həmin adamların ünvanına söylədiyi nitq barəsində çəkilən filmdə də yer alır.

Moderator.az mülayim xarakterli alimin həmin qəzəbli çıxışını təqdim edir:

“Dərd burasındadır ki, əkilən taxılın toxumunun keyfiyyətini heç kəs yoxlamır. Biz bu yaxınlarda Cəlilabad və Biləsuvar rayonlarında olduq. Bizə gətirib toxum göstərdilər. O toxum quşa verilməyən bir zibildi. Onu əkmək olarmı?! Kombayndan çıxmış, təmizlənməmiş bir qarışıqdı. Toxum kimi onu istifadə etmək olmaz. Sən iki-üç qat bahasına toxum əvəzinə zibil verirsən. Bu nə deməkdi? Çörəyə, taxıla belə münasibət olarmı? O toxumu istehsal edəna adamlar kimdi görəsən?! Onlar necə insafsız, əqidəsiz adamlardı. Bilirlər ki, bu toxum bizim camaat üçün sabah məhsul mənbəyi olacaq, amma onu qarışdırıb verirlər. Hazırda müharibə gedir. Müharibə gedən ölkədə beş saatlarla çörək növbısinə dayanan adam necə gedib vətənin basilmazlığını təmin edə bilər? Çörək bütün nemətlərdən üstün və müqəddəsdir. Səməd düz deyib, çörək bol olarsa vətən basılmaz”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın