Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İmaməli Rəhmanla Sərkisyanın birgə bəyanatına – Reaksiya

İmaməli Rəhmanla Sərkisyanın birgə bəyanatına – Reaksiya

Xatırlayırsınızsa, Qırğızıstan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mart ayında Pakistanda keçirilən toplantısında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini vurğulayan maddəyə səs verməkdən imtina etmişdi. Növbəti qeyri-adi addım Tacikistan Prezidenti İmaməli Rəhmandan gəldi.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Tackisitan prezidenti İrəvanda iki günlük rəsmi səfərdə olduğuna diqqət çəkən politoloq bildirib:

“Ermənistana rəsmi səfər etmək onun hüququdur, buna deyəcək sözümüz yoxdur, sadəcə, prezidentlərin birgə bəyanatındakı bir müddəa sual doğurur. Həmin müddəada deyilir ki, Tacikistan və Ermənistan Mərkəzi Asiyada və Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunması üçün xarici siyasətlərini koordinasiya (?!) edəcəklər.

Birincisi, Tacikistanın Cənubi Qafqazda nə işi var, Əfqanıstandan gələn təhlükənin dərdini çəksin! İkincisi, kiçik Ermənistan Mərkəzi Asiyada nəyi Tacikistanla koordinasiya edə bilər ki! Azərbaycan torpaqlarını hərb yoluyla azad etməyə başlasa, İslam Konfransı Təşkilatı çərçivəsində daima Azərbaycanın ərazi bütövlüyünə səs verən və sözdə işğalı pisləyən Düşənbə Ermənistanınmı tərəfini tutacaq?(Axar.az)

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın