Ana səhifə / Sosial / “İlin sonunadək 250-dək modul tipli məktəbin tikintisi başa çatdırılacaq”

“İlin sonunadək 250-dək modul tipli məktəbin tikintisi başa çatdırılacaq”

“Azərbaycan təhsil sistemində aparılan islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq, ibtidai təhsilə nail olma, ibtidai təhsili başavurma səviyyəsi, demək olar ki, 100 faizə çatdırılıb”.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, təhsilin kefiyyətinə təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır: “Təhsil Nazirliyi bunu anlayır və bu istiqamətdə müxtəlif addımlar atır. Belə ki, bu ilin sonunadək 250-dək modul tipli məktəbin tikintisi başa çatdırılacaq. Eyni zamanda son 5 ildə yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri nəticəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşdırılıb”.

F.Qurbanov qeyd edib ki, ali təhsilə qəbul onların sayı 2013-cü ildən fərqli olaraq 145 mindən 162 minə qədər yüksəlib, ali təhsilin bakalvar pilləsindən magistr piləsinə qəbul alanların sayı 2013-cü illə müqayisədə 35 min artaraq, bu il 44 min təşkil edib: “Peşə təhsili də kənarda qalmayıb. Avropa İttifaqının maliyyə yardımı ilə 4 müxtəlif layihə həyata keçirdik”.

Nazir müavini bildirib ki, təhsil sahəsində qadınların oynadığı rol çox böyükdür: “İndi təhsildə qızların sayı da çoxalıb. Müəllimlərin 82 faizi, tələbələrin isə 46 faizi qadındır”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …