Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Sosial / “İlin sonunadək Qarabağ müharibəsi əlillərinə daha 740 mənzil veriləcək”

“İlin sonunadək Qarabağ müharibəsi əlillərinə daha 740 mənzil veriləcək”

“İlin sonuna kimi Qarabağ müharibəsi əlillərinə daha 740 mənzil veriləcək. Bununla da cari il ərzində sözügedən kateqoriyadan olan şəxslərə verilən mənzillərin sayı 800-ə çatacaq”.
Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, ötən il bu rəqəm 626 olub.
Qeyd edək ki, bu gün Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından Qarabağ müharibəsi əlillərinə 60 mənzil verilib.  Mənzil verilənlər 2014-cü ilə qədər növbədə olan şəxslərdir. Mənzillərdən 11 ədədi 1 otaq, 37 ədədi 2 otaq və 12 ədədi isə 3 otaq verilib.

Həmçinin oxuyun

“Belə proqramlar əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına da müsbət təkan verir”.

Azərbaycanda özünüməşğulluq proqramına bu ilin 8 ayında cəlb olunanların 2555 nəfəri həssas kateqoriyadan olan şəxslərdir. …