Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / İlin ilk ayı boşuna getdi –Danışıqların “donu” nə vaxt açılacaq?

İlin ilk ayı boşuna getdi –Danışıqların “donu” nə vaxt açılacaq?

2017-ci ilin ilk ayı başa çatır. Təəssüf ki, bu ay da Qarabağ danışıqlarının “donu” açılmamış qaldı. Əvəzində nə qədər paradoksal olsa da, işğalçı Ermənistanın rəsmilərinin dilindən hərbi ritorikaya qayıdışın şahidi olduq – o Ermənistan ki, ötən ilin aprelində onun işğalçı ordusu Azərbaycan ordusundan sanballı zərbə alıb.
Hərçənd radikal ritorika Ermənistanda parlament seçkiləri kampaniyası ilə də bağlıdır. Digər səbəb qismində vasitəçilərin ikisinin rotasiyasını göstərmək olar. Səbəblərin önündə isə Rusiya amili gəlir – işğalçıya hər cür hərbi-siyasi, mənəvi dəstək verən Rusiya.
***
Ancaq məlumdur ki, aprel zərbəsi nəticəsində düşmən ölkədə silahlı qüvvələrinin rəhbərliyi dəyişilib, neçə-neçə general qeyri-peşəkar fəaliyyətə, korrupsiya və başqa əməllərə görə həbsə salınıb. Təsadüfi deyil ki, təzə müdafiə naziri Viqen Sərkisyan hələ də ordudakı korrupsiyadan danışır. Ötən həftəsonu verdiyi açıqlamada o, silahlı qüvvələrdə korrupsiya halları ilə daha qətiyyətli mübarizə aparılacağını bəyan edib.
Image result for Armenian army
Erməni ordusunda isə təkcə korrupsiya problemi aktual deyil. Burada “dedovşina” da dərin kök salıb. Yeri gəlmişkən, hələ tam başa çatmamış yanvar ayında işğalçı ordu rekord sayda – 11 hərbçi itirib. Onların mütləq əksəriyyəti Azərbaycan gülləsinə tuş gələnlərdir. Azərbaycan isə 1 itki verib. Demək, döyüş hazırlığı, hərbi texniki təchizat məsələsində də üstünlük  bizim tərəfimizdədir.
***
Bütün bunların, o sırada müdafiə naziri Sərkisyanın ordudakı korrupsiyadan ucadan danışması fonunda Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın durub Azərbaycanı hədələməsi gülünc görünür. Yaxşı olaradı ki, Akopyan öncə yanvardakı canlı itkilərin səbəblərini araşdıraydı, nəinki Azərbaycanı hədələyəydi.
Təbii ki, Akopyana cavablar özünü ləngitməyib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada ordumuzun erməni işğalçı ordusunu məhv etməyə qadir potensiala malik olduğu xüsusi vurğulanır.
Hərbi ekspertlər də bunu real hesab edirlər. “Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Düşmənin bütün strateji obyektləri ordumuzun nəzarəti altındadır. Lazımi an onların hamısı məhv ediləcək”. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev mediaya açıqlamasında deyib (Report).
Image result for Müdafiə azirliyi
O qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahlar, döyüş helikopterləri və təyyarələri, ən müasir hava hücumundan müdafiə vasitələri, zirehli texnika, tanklar və artilleriya qurğuları ilə təchiz edilib: “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan düzgün vurğulayır ki, regionda hərbi siyasi balans dəyişkəndir və hərbi, siyasi, iqtisadi və informasiya faktorlarından asılıdır. Bununla da o bir daha təsdiq edir ki, sadaladığı hər bir faktorlara görə Azərbaycan Ermənistanı üstələyib”.
Ekspert Azərbaycan ordusunun arsenalında yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik ən müasir silahların olduğunu xatırladıb.
“Azərbaycan Rusiyadan, Türkiyədən, İsraildən, Pakistandan və digər ölkələrdən düşmənin hərbi obyektlərini vurmaq imkanına malik müxtəlif növ raketlərin tədarükünü həyata keçirib”, – deyə o qeyd edib və onu da vurğulayıb ki, bundan başqa artıq Belarus tərəfi də Azərbaycana 250 km mənzilli “Polonez” raket kompleksinin satılmasına dair razılıq əldə olunduğunu açıqlayıb.
“Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək” – hərbi ekspert sözlərinə əlavə edib.
Image result for İlham ƏLiyev
***
Aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu həqiqətən işğal altındakı ərazilərimizi istənilən an azad etməyə hazırdır. Yetər ki, bundan ötrü əlverişli siyasi şərtlər olsun. Söhbət ilk növbədə işğalçı Ermənistanın əsas müttəfiqi və havadarı Rusiyanın neytrallığını təmin  etməkdən gedir.
Hələ ki rəsmi Bakı problemin dinc diplomatik yollalarla həll potensialının bitmədiyinə inanır. O üzdən ciddi nəticə olmasa belə, təmkinlə danışıqlar prosesində qalır. Ancaq bu, sonsuza kimi davam edə, işğal rejimi daha neçə il uzana bilməz. Məsələnin dinc nizamlanması isə indi həm də Minsk Qrupunun iki mühüm həmsədrlərindən biri kimi ABŞ-dan asılıdır.
Məlumdur ki, hazırda yeni prezident Donald Tramp öz komandasını formalaşdırmaqla məşğuldur. Komandanın əsas fiqurlarından biri isə dövlət katibi (xarici işlər naziri) postunu tutacaq şəxsdir. Dağlıq Qarabağ məsələsi də dövlət katibinin kurasiyasına aiddir. Bəllidir ki, bu posta əsas namizəd  Reks Tillersondur. Ötən həftəsonu o, Senatdakı dinləmələr zamanı Qarabağ konflikti ilə bağlı suala da aydınlıq gətirib.
“Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram”, – deyə Tillerson bildirib. Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zəruridir.
Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin “rəsmi İrəvanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz” sualına cavab olaraq R.Tillerson deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq.
***
Göründüyü kimi, ABŞ-ın yeni dövlət katibi olmağa real namizəd olan Tillerson faktiki, Qarabağa dair hərəkət planını açıqlayıb. Bu plan həm də Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına hesablanıb. Belə bir plan həyata keçəcəkmi və keçəcəksə, Rusiya amili nə dərəcədə ciddiyə alınacaq? Sualın cavabı yəqin ki, ilk növbədə Amerika xarici siyasət idarəsi başçısının Qarabağ münaqişəsinin həllini nə dərəcədə öz şəxsi nəzarətinə götürəcəyindən və məsələdə nə dərəcədə beynəlxalq hüquq normalarına söykənəcəyindən asılı olacaq. (musavat.com)

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …

Bir cavab yazın