Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / İlham İsmayıl: “Elə fikirləşməyin ki, erməni kəşfiyyat agentləri ifşa olunubsa, sakit duracaq”

İlham İsmayıl: “Elə fikirləşməyin ki, erməni kəşfiyyat agentləri ifşa olunubsa, sakit duracaq”

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları hər zaman Azərbaycana qarşı təxribat fəaliyyətini davam etdirir.

Təəssüf ki, bu prosesdə dövlətinə xəyanət yolunu tutanlar da var. Buna baxmayaraq Azərbaycan tərəfi hər zaman erməni kəşfiyyatının genişmiqlaslı təxribatının qarşısını almağı bacarıb. Elə bu yaxınlarda baş tutan əməliyyat buna nümunədir.

Şübhəsiz ki, ermənilərə işləyən azərbaycanlılardan ibarət məxfi şəbəkənin ifşası Ermənistan kəşfiyyatına təsirsiz ötüşməyəcək.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, təxribatların qarşısı alınsa da, Azərbaycan tərəfi həmişə ayıq olmalıdır. Onun sözlərinə görə, keçirilən  əməliyyatların  Ermənistan kəşfiyyatına elə də böyük təsiri yoxdur:

“Bilirsiniz ki, müəyyən ölkələrin qarşılıqlı olaraq həyata keçirdiyi kəşfiyyat tədbirləri həmişə olub. O cümlədən, Azərbaycan və Ermənistan tərəfinin də… Bu günlərdə aşkarlanan təxribat əslində çox məyusedici hal idi. Hər halda bunu erməni kəşfiyyatına zərbə hesab etmək olar. Amma məsələ bununla  bitmir. Kəşfiyyat elə işdir ki, agentin,  gizli mənbənin nə vaxtsa ifşa olunması və ya aşkarlanması gözləniləndir. Yəni bu iş dayanmır və davam edir. Eyni zamanda,  Azərbaycan tərəfi də kəşfiyyat əməliyyatlarını  dayandırmamalıdır.  Elə fikirləşməyin ki, erməni kəşfiyyat agentləri ifşa olunubsa,  sakit duracaqlar. Və ya erməni kəşfiyyatının zəifləyəcəyini düşünmək də olmaz. Onlar yeni mənbələr  müəyyən etmək üçün axtarışa çıxacaq. Bu mənada  Azərbaycan tərəfi ayıq olmalıdır. Kəşfiyyat təkcə cəbhə xəttində olmur. Hər yerdə kəşfiyyat aparılır. Biz əks-kəşfiyyat tədbirlərini gücləndirməli, əməliyyat şəraitinə düzgün nəzarət etməliyik”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın