Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / İlham Əliyevdən Belarusla bağlı mühüm fərman

İlham Əliyevdən Belarusla bağlı mühüm fərman

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

Dövlət başçısı Dövlət Gömrük Komitəsinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etməyi, Xarici İşlər Nazirliyi isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərməyi tapşırıb.

Qeyd edilib ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol 2016-cı il noyabrın 28-də Bakıda imzalanıb.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın