Ana səhifə / Sosial / İlham Əliyev və xanımı Türkiyəyə getdi

İlham Əliyev və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük iyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyəyə işgüzar səfərə gediblər.

Antalyanın beynəlxalq aeroportunda Azərbaycan prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

İlham Əliyev Türkiyəyə şəxsən prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən fəxri qonaq kimi dəvət olunub.

G20 sammiti noyabrın 15-16-da keçiriləcək. Zirvə görüşündə Vladimir Putin, Barak Obama, Angela Merkel, Fransua Olland və digər nəhəng dövlətlərin başçıları iştirak edəcək.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın