Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / İlham Əliyev hərbçilərə mənzil verdi – Foto

İlham Əliyev hərbçilərə mənzil verdi – Foto

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport veriblər.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …