Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Sosial / İlham Əliyevin bu sərt mesajını alan Lavrov… – Zahid Oruc

İlham Əliyevin bu sərt mesajını alan Lavrov… – Zahid Oruc

Ölkə başçısının qəhrəman əsgərimizin valideynləri ilə görüşdə bir daha Qarabağ müharibəsini yenidən qiymətləndirməsi və Lavrova kəskin reaksiyasının böyük önəmi var. Fərqindəyik ki, həqiqətən də Rusiya siyasi elitasında ayrı-ayrı şəxslər öz planlarını həyata keçirməkdədir. Onlar Putinin siyasətindən kənara çıxaraq öz idarələri çevrəsində fərdi mənafeləri üçün gizli və çirkli fəaliyyət aparmaqdadırlar.

Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin Milli Qəhrəman Çingiz Qurbanovun valideynləri ilə görüşdə səsləndirdiyi fikrini şərh edən deyib. O bildirib ki, Qarabağ məsələsi bəzi beynəlxalq güclərin maraq dairəsinə düşüb:

“Əslində, Qarabağ məsələsi SSRİ-nin iflasından sonra regional və beynəlxalq dairələrin əlində bu bölgəyə qarşı müharibənin mühüm alətinə çevrilib, hətta ərazi bütövlüyümüzü tanıyan ölkələrə belə haqlı olaraq sual edəndə ki, “bu məsələdə Azərbaycanın mövqeyini nədən sona qədər müdafiə etmirsiz”, dərhal maraqlar, mənafelər mövzusu işə düşür. Hətta bu gün ABŞ-ın yeni siyasi elitasının formalaşdığı bir dönəmdə Tramp mənsub olduğu ölkənin qlobal maraqları və hökmranlığı səbəbilə demokratik idarəçilik prinsipindən çıxdığını və kənar məkanlarda özünün sərhədini, ərazisini axtararaq konfliktlərə qoşulduğunu, buna trilyonlarla vəsait xərcləndiyini bəyan edirsə, deməli, yüksək şəxslərin dili ilə xarici siyasət kurslarına belə qiymət verən dövlətlərin halında Azərbaycan müxtəlif ölkələrin xarici işlər nazirlərinə nəyisə sübut etmək məcburiyyətində deyil.

Təəssüf ki, bu məkanı özünün maraq zonası kimi dərk edən dairələr keçmişdən bu yana real şəklidə bizim bölgənin iqtisadi sərvətlərini sümürməyə imkan verən bir xətt seçiblər. O üzdən də Lavrovun dediyi bir reallıq meydana gəlib. Yəni azərbaycanlılar əslində bu coğrafiyada BMT tərəfindən tanınmış ərazidə öz müqəddəratını bütövlükdə təyin edə bilməyiblər. İstənilən bu cür fundamental hüquqların şərhindən çıxış ediriksə, həmin prinsip məhz bizə tətbiq olunmalıdır. Lakin o tezis üzərində hərəkət edəndə görürsüz ki, qarşımıza başqa sualları çıxarırlar. Bu gün beynəlxalq şərait elədir ki, Rusiyanın elitasına daxil olan şəxslər verdikləri açıqlamalarla ciddi çətinlik qarşısında qala bilərlər. Əgər Qarabağ məsələsi bizim daxili işimiz deyilsə, tutaq ki, İranın, Rusiyanın, Avropa Birliyinin, yaxud da ABŞ-ın daxili məsələdirsə, bunu nə ilə əsaslandıracaqlar, hansı hüquqa söykənəcəklər.

Buna görə də ölkə başçısının şəhid əsgərimizin valideynləri ilə görüşdə bir daha Qarabağ müharibəsini yenidən qiymətləndirməsi və Lavrova kəskin reaksiyasının böyük önəmi var. Fərqindəyik ki, həqiqətən də Rusiya siyasi elitasında ayrı-ayrı şəxslər öz planlarını həyata keçirməkdədir. Onlar Putinin siyasətindən kənara çıxaraq öz idarələri çevrəsində fərdi mənafeləri üçün gizli və çirkli fəaliyyət aparmaqdadırlar”.

Millət vəkili bildirib ki, rus silahının Azərbaycanın təhlükəsizliyini qoruması Lavrovu və onun çevrəsində olan şəxsləri ciddi narahat edir:

“Lavrov ölkə rəhbərinin kəskin reaksiyanı gördü. Bir neçə il ərzində ölkəmizlə öz hikkə və şəxsi prinsiplərinin davasını aparan bu adam yəqin ki, qarşıdakı dönəmdə danışıqlarda hansı üslub və səviyyədə iştirak edəcəyini özü üçün yəqinləşdirə bilir. Lavrov çox narahatdır ki, Rusiya hərbi sənaye kompleksi Azərbaycanla fəal əməkdaşlıqdadır və həmçinin Qarabağ cəbhəsində Rusiya silahlıları fəaliyyətdədir və ermənilər məhz həmin atəşlə ölür. Hesab edirəm ki, gələcəkdə Qarabağ məsələsini əldə tutaraq bölgəni parçalamaq istəyən dairələr öz içərilərində buna bənzər problemlərlə qarşılacaqlar. Əgər dövlətlər etnik amilə görə qurulmalıdırsa, onda polietnik məkan olan qonşu dövlətlərin hər birində onlarla kiçik dövlətlər yaratmaq lazım gələrdi. Bu isə xəritələrin yenidən cızılması deməkdir. Ona görə də Qarabağ məsələsində Azərbaycanın irəli sürdüyü mövqeni tanımaq bölgə üçün sülh vəd edir”.

Z.Oruc hesab edir ki, ölkə başçısı bu sözləri konkret ünvanlara yönəltmişdi:

“Birincisi, ölkə başçısı məhz bu görüşdə Aprel döyüşlərinin Azərbaycanın daxili işi olduğunu vurğulamaqla birinci İrəvana sərt mesaj verdi. Bu sözlərin ikinci ünvanı isə heç şübhəsiz ki, Lavrov idi.

Dövlət rəhbərinin açıqlaması Rusiyanın bəlli dairələrinin mövqeyində də dəyişiklik etməyə imkan yaradacaq”.

Qeyd edək ki, Çingiz Qurbanov Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Həmçinin oxuyun

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb.  Oxu.Az-ın bölgə müxbirinin əldə …

Bir cavab yazın