Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / İlham Əliyevdən Türkiyəyə daha bir jest: tariflər 20 faiz endirildi

İlham Əliyevdən Türkiyəyə daha bir jest: tariflər 20 faiz endirildi

Azərbaycan gəmiçilik tariflərini azaldıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “Trend”ə verilən məlumata görə, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.
Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına – beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlamışdı.

Virtualaz.org saytının xəbər verdiyi kimi, Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutub və prezident İlham Əliyev Rusiyanın Türkiyə TIR-larına qapıları bağlamasından sonra türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.

Türkiyə mətbuatının yazdığına görə, Orta Asya respublikalarına yük daşıyan türk TIR-larının Rusiyadan keçməsi əngəllənəndən sonra İlham Əliyev ölkənin gömrük xidmətinə bu TIR-ların Azərbaycan üzərindən maneəsiz keçidinə şərait yaratmaq üçün təlimat verib.

Gəmiçilik tariflərinin azaldılması isə bu iqtiqamətdəki növbəti addım və rəsmi Bakının Türkiyəyə növbəti jesti kimi qiymətləndirilir.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın