Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / İlham Əliyev Pakistandadır

İlham Əliyev Pakistandadır

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib.

Virtualaz.org-un məlumatına görə, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.

Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın