Ana səhifə / Sosial / İlham Əliyev ölkənin bütün biznes elitasını bir yerə yığdı

İlham Əliyev ölkənin bütün biznes elitasını bir yerə yığdı

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov, Balıq yemi istehsalı zavodunun direktoru Zaur Salmanov çıxış ediblər.

Dövlətimizin başçısı konfransda yekun nitqi söyləyib.

*   *   *10:15

Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

AzərTAc-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlət başçısı konfransda giriş nitqi söyləyib.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, konfransda həmçinin böyük şirkətlərin rəhbərləri və çoxlu sayda biznesmenlər də iştirak edirlər.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın