Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 19-da Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.

Giorgi Kvirikaşvili ilk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirib. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Giorgi Kvirikaşvili əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

İ.Əliyev G.Kvirikaşvilinin ilk xarici səfərini Azərbaycana etməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın bizi birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə birgə regional layihələrin, o cümlədən “Cənub qaz dəhlizi” və Bakı-Tiflis-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışılıb, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb (AZƏRTAC).

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın