Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / İlham Əliyev Çin Universitetinin fəxri professoru oldu

İlham Əliyev Çin Universitetinin fəxri professoru oldu

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Universitetin prorektoru İ Cixon mərasimi açaraq bu görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu deyib.

Rektor Liu Vey çıxış edərək prezident İlham Əliyevi universitetdə bir daha salamlayıb və Çin ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışaraq Azərbaycan prezidentinə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu bildirib.

Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib.

Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu dövlətimizin başçısına təqdim edilib.

Prezident İlham Əliyev bu fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Deyib ki, bu, ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğulayıb.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirib. Dövlətimizin başçısı Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkəmizdə iqtisadiyyatın inkişaf etdiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu deyib. Dövlətimizin başçısı əsas məqsədin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb, müvafiq proqramların həyata keçirildiyini qeyd edib, ölkəmizdə savadlılığın səviyyəsinin 100 faiz olduğunu deyib.

Dövlətimizin başçısı Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə qarşı mübarizə apardığını, ölkəmizin multukulturalizmin mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın