Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / İlham Əliyev: “Biz bir çox məsələlərlə bağlı dünyaya yol göstəririk”

İlham Əliyev: “Biz bir çox məsələlərlə bağlı dünyaya yol göstəririk”

“Bu il multikulturalizm ili elan edilib. Azərbaycan bu sahədə də nümunə göstərib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib. O bildirib ki, bizim gücümüz birliyimizdədir: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq. Bir daha demək istəyirəm ki, biz bir çox məsələlərlə bağlı dünyaya yol göstəririk. İnkişaf, müstəqillik, ləyaqət, prinspial siyasət, xalqlararası münasibətlər, din-dövlət münasibətləri, energetika, nəqliyyat siyasəti – bugünkü Azərbaycanın reallıqları budur. Əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq. Azərbaycanın uğurlu inkişafı təmin ediləcək”.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …

Bir cavab yazın