Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / İlham Əliyev: “Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur…”

İlham Əliyev: “Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur…”

“Multikulturalizm sahəsində Azərbaycan artıq beynəlxalq mərkəzə çevrilib”.

Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gün keçirilən Forum demək olar ki, bütün dünya ölkələrini əhatə edir: “Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü qeyd etdik. Bütün bunlar göstərir ki, taleyiniz öz əlinizdə olan zaman böyük uğurlara imza atırsınız. Yalnız azad olan zaman böyük uğurlar qazana bilərsiniz. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda köklərinə bağlıdır”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib”.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir: “Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir”.

*   *   *10:18

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemləri müzakirə edən beynəlxalq platformaya çevrilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində deyib.

Prezident bildirib ki, forumda 120 ölkə təmsil olunur.

Dövlət başçsının sözlərinə görə, forum zamanlı fikir mübadiləsi aparılacaq, mədəniyyətlərarası dialoqa töhvə veriləcək: “Mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir. Dialoq olmasa, dünya təhlükə ilə üzləşə bilər. Azərbaycan sivilizasiyaların qovuşduğu məkandır. Azərbaycan etnik, çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu forum Azərbaycanın qədim tarixini, mədəni müxtəlifliyini nümayiş etdirir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər dövlət tərəfindən qorunur, hökumətin ayırdığı vəsait hesabına abadlaşdırılır: “Multikultiralizm ideyaları Azərbaycanda həmişə olub. Əslində dünya dəyişib, əvvəlki kimi deyil, bəzi narahat doğuran tendesiayalar baş verir. Bölünmə baş verir, toqquşmalar, vətəndaş müharibələri olur. Ona görə multukultiralizm xalqımız tərəfindən qorunur. Çalışırıq ki, yollar axtaraq, riskləri azaldaq. Xalqlar, dinlər arasında anlaşmanın səviyyəsini artıraq”.

Həmçinin oxuyun

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür.  Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı …

Bir cavab yazın